İdman

Mahir əfsanəvi futbolçunun klubunda - YENİLƏNİB - FOTO

16 İyul 2024 13:18
Baxış: 1 133
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

13:18

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu bəlli olub.

Milli.Az Fanat.az-a istinadən bildirir ki, "Dinamo Zaqreb"dən ayrılmağa qərar verən futbolçumuz karyerasını Almaniyanın 2-ci Bundesliqasında davam etdirəcək.

Mahir "Nürnberq"lə razılığa gəlib. Onun hazırda düşərgəsində olduğu klubla müqavilənin şərtlərini razılaşdırmağa çalışdığı bildirilir. Emrelinin Azərbaycana dönəcəyi, onun "Qarabağ" və "Neftçi"dən birinə keçəcəyi xəbər verilsə də, forvard karyerasını legioner kimi davam etdirməyə qərar verib.

Qeyd edək ki, Almaniyanın köklü klublarından olan "Nürnberq"i hazırda bu ölkənin əfsanələrindən sayılan Miroslav Kloze çalışdırır.

-----------
09:49


Mahir Emreli "Qarabağ"a qayıdır. 

Zaqreb "Dinamo"sunun hücumçusu Ağdam klubuna keçmək üçün üç təklifi rədd edib.

Milli.Az musavat.com-un Teleqram kanalına istinadən bildirir ki, 27 yaşlı hücumçu "Sabah", Almaniyanın "Nürnberq" və Əlcəzairin bir klubunun maraq dairəsində olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.