İdman

"Zirə"nin potensial rəqiblərinin oyununda 3 qol, 1 qırmızı vərəqə

12 İyul 2024 08:44
Baxış: 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunlarına start verilib. 

Milli.Az xəbər verir ki, ikinci mərhələyə adlayacağı təqdirdə "Zirə"nin potensial rəqibləri olan "Elsborq" və "Pafos" İsveçdə üz-üzə gəlib. 

Matç "Elsborq"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kipr təmsilçisinin qapısından qolları Besfort Zeneli, Niklas Hult və Per Frik keçiriblər. Matias German Melluso 57-ci dəqiqədə qırmızı vərəqə aldığından "Pafos" görüşü 10 nəfərlə başa vurub. 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftə sonra Kiprə keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.