İdman

Rusiya millisinin məşqçisi terrorçuluqda ittiham olunur

3 İyul 2024 22:30
Baxış: 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının məşqçisi Əlişir İsmatzoda terror fəaliyyətinə şərait yaratmaqda ittiham olunub.

Milli.Az "report"a istinadən bildirir ki, Moskvanın Şerbinski Rayon Məhkəməsi İsmətzoda barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxır.

Məşqçinin Tacikistanda terrorizmə görə mühakimə olunan və eyni zamanda Suriyada hərbi əməliyyatlarda iştirak edən qohumu olduğu bildirilir. Bundan əlavə, İsmətzodanın mənzilində axtarış zamanı ekstremist ədəbiyyat aşkarlanıb.

Şəxs terrorçuluq fəaliyyətinə sövq etmək və cəlb etməkdə şübhəli bilinərək saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.