İdman

Fransa millisinin ulduz futbolçusu təcili İsveçə getdi – SƏBƏB

29 İyun 2024 21:20
Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kinqsli Koman təcili olaraq sevgilisinin yaşadığı İsveçə getməli olub.

Fransa yığması Avropa çempionatında 1/8 finala yüksəlib. Onun növbəti rəqibi Belçika olacaq. Qarşılaşma iyulun 1-nə təyin edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Kinqsli Komanın həmin qarşılaşmada oynayıb-oynamayacağı hələlik məlum deyil. 

"Bavariya"nın futbolçusunun yoxluğunun səbəbi sevindiricidir. Fransa təmsilçisinin xanımı tezliklə dördüncü övladını dünyaya gətirəcək.

28 yaşlı futbolçu "qırmızı şeytanlar"a qarşı oynamaq üçün vaxtında qayıtmağı hədəfləyir.

Koman indiyədək Avropa çempionatının bir oyununda iştirak edib. O, Hollandiya ilə görüşdə 15 dəqiqə meydanda olub (0:0).

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.