İdman

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

26 İyun 2024 14:39
Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kişi basketbolçulardan ibarət "Sabah" klubunun Çempionlar Liqasındakı rəqibləri bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan çempionunun qarşılaşacağı komandalar bu gün İsveçrədə keçirilən püşkatmada müəyyənləşib.

Bakı klubu təsnifat mərhələsinin birinci raundunda İsveçin "Norrçepinq Dolfins" klubu ilə üz-üzə gələcək. Bu raundun qalibi "Friburq Olimpik"lə (İsveçrə) qarşılaşacaq. Təsnifat mərhələləri sentyabrın 15-22-də təşkil olunacaq.

"Sabah" mərhələ adlasa, müntəzəm mövsümdə mübarizə aparacaq. Rimas Kurtinaytisin yetirmələri buna nail olsalar, G qrupunda "Baxi Manresa" (İspaniya), "Bertam" (İtaliya) və "Niners Hemnits"lə (Almaniya) görüşəcəklər.

Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq paytaxt təmsilçisi təsnifat mərhələsini keçə bilməsə, yoluna Avropa kubokunda davam edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.