İdman

Əfsanəvi yarışçı yüksək sürətlə beton divara çırpıldı - VİDEO

26 İyun 2024 15:00
Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur ABŞ-li yarış pilotu Con Forsun idarə etdiyi "Chevrolet Camaro SS" partlayıb və daha sonra 486 kilometr/saat sürətlə beton qoruyucu divara çırpılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, faciə "PlayNHRA Virginia Nationals" yarışının birinci turunda avtomobil finiş xəttini keçərkən baş verib.

Qəzaya səbəb mühərrikin nasazlığı olub.

75 yaşlı kişi helikopterlə xəstəxanaya çatdırılıb. Onunla birgə qızı, ikiqat "NHRA Top Fuel" çempionu Brittani Fors da yarışıb.

Qeyd edək ki, Con Fors 157 NHRA tədbirində qalib gəlib. O, bu mövsüm 21 yarışdan doqquzunda yarışaraq "2024 NHRA Funny Car" reytinqində ikinci yerdədir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.