İdman

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi bəlli olur

19 İyun 2024 09:52
Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəyə başlayacaq "Qarabağ"ın rəqibləri püşkatma nəticəsində bəlli olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Azərbaycan çempionu bu gün keçiriləcək püşkatmada səpələnmişlər səbətində olacaq. Təmsilçimizin mümkün rəqiblərinin yer aldığı səpələnməmişlər səbətində 11 cüt və birbaşa mübarizəyə başlayacaq 1 klub yer alıb.

Amma "Dinamo" (Minsk) - "Pünik" cütünün qalibi "Qarabağ"a rəqib ola bilməz. Bu səbəbdən Azərbaycan çempionunu 10 cüt və 1 klub, yəni 21 mümkün rəqib gözləyir.

Lakin püşk ərəfəsində UEFA hər səbətdəki 12 variantı qruplara böləcək. Həmin vaxt Qurban Qurbanovun komandasının mümkün rəqiblərinin sayı da azalacaq.

Səpələnməmişlər

PAOK

"Makkabi" (Tel-Əviv)

"Ferentsvaroş"

"Qarabağ"

"Slovan" - "Struqa" cütünün qalibi

"Bodo Qlimt"

"Ludoqorets" - "Dinamo" (Batumi) cütünün qalibi

"Mityulland"

"Sparta"

"Malmö"

APOEL

"Panevejis" - HİK cütünün qalibi

Səpələnməmişlər

TNS ("De Nyu Sayns") - "Deçiç" cütünün qalibi

"Borats" - "Eqnatiya" cütünün qalibi

"Hamrun" - "Linkoln" cütünün qalibi

"Balkani" - "Santa Koloma" cütünün qalibi

"Flora" - "Selye" cütünün qalibi

"Klaksvik" - "Differdanj" cütünün qalibi

RFŞ - "Larne" cütünün qalibi

"Vikinqur" - "Şemrok Rovers" cütünün qalibi

"Virtus" - "Styaua" cütünün qalibi

"Ordabası" - "Petrokub" cütünün qalibi

"Dinamo" (Minsk) - "Pünik" cütünün qalibi

"Yagelloniya"

Qeyd edək ki, ikinci təsnifat mərhələsinin matçları iyulun 23-24-də və 30-31-də keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.