İdman

Rəşad Sadıqovdan “Şerif” püşkünə münasibət

18 İyun 2024 19:42
Baxış: 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Düşünürəm ki, bizi qarşıda iki maraqlı matç gözləyir".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu UEFA Avropa Liqasının püşkünə münasibət bildirən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis I təsnifat mərhələsində qarşılaşacaqları "Şerif"in (Moldova) tanış rəqib olduğunu bildirib: "Şerif" Azərbaycan futboluna tanış rəqibdi. Avrokuboklarda 3 dəfə "Qarabağ"la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm. İnşallah bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq".

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 11-də, cavab matçı isə 18-də keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.