İdman

"Roma"nın sahibi "Everton" üçün 475 milyon ödəyəcək

16 İyun 2024 20:40
Baxış: 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma"nın sahibi Den Fridkin "Everton"u 475 milyon avroya alacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mənbənin məlumatına görə, Fridkin sövdələşmə nəticəsində İngiltərə klubunun hazırkı sahibi Fərhad Moşiriyə məxsus səhmlərin 94,1 faizini alacaq.

Premyer Liqa müqaviləsinin nəzərdən keçirilməsi bir aydan çox vaxt aparacaq, lakin heç bir problem gözlənilmir.

Moşiri Direktorlar Şurasının sədri və "USM Holdings"in səhmdarıdır. O, 2016-cı ildə "Everton"un səhmlərini alıb.

Friidkinin şirkəti "Friedkin Group" 2020-ci ilin avqustunda "Roma"nın sahibi olub. KİV-in məlumatına görə, əməliyyat məbləği təxminən 600 milyon avro təşkil edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.