İdman

Gimnastlardan “Montenegro Cup”da 7 qızıl

2 İyun 2024 18:49
Baxış: 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan yığması iyunun 1-2-də Budva şəhərində keçirilən bədii gimnastika üzrə "Montenegro Cup"da uğurlu çıxış edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, təmsilçilərimiz beynəlxalq yarışda 7 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Böyük yaş qrupunda Mədinə Dəmirova çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Gənclər arasında isə çoxnövçülükdə Şəms Müvəffəqi gümüş, Mədinə Abbaslı isə bürünc qazanıb.

Yığmamız yeniyetmə yaş qrupunda daha uğurlu nəticələrə imza atıb. Məryəm Baloğlanova və Nur Sadıqova halqa, top və gürzlərlə çıxışda hərəyə 3 qızıl qazanıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.