İdman

Güləşçilərimizin iki qızıl, bir bürünc şansı

24 May 2024 09:36
Baxış: 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yarışın beşinci günündə qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq.

Bu gün 53 kq, 57 kq, 62 kq, 65 kq və 72 kq çəkilərində medallar uğrunda qarşılaşmalar baş tutacaq. Azərbaycan millisinin 3 güləşçisi xalçaya çıxacaq. Onlardan ikisi qızıl, biri bürünc üçün mübarizə aparacaq.

Qadın güləşi
53 kq
Ardıcıl iki qələbə qazanan Elnurə Məmmədova finalda xalçaya çıxacaq. O, çempionluq üçün ukraynalı Liliya Malançukla gücünü yoxlayacaq.

57 kq
Jalə Əliyeva da ardıcıl 3-cü qələbə ilə Avropanın ən yaxşısı olmağa çalışacaq. O, həlledici görüşdə Elvira Kamaloğlu ilə (Türkiyə) üz-üzə gələcək.

72 kq
Mərziyə Sadıqova bürünc medal uğrunda mübarizə aparacaq. Güləşçimizin rəqibi Bukrenaz Sert (Türkiyə) olacaq.

Qeyd edək ki, Azərbaycan qadın güləşçiləri ilk medal günündə bir bürünc qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.