Kilian Mbappe PSJ ilə vidalaşır. Fransız futbolçunun Paris klubu ilə 7 illik macərası mayın sonunda başa çatır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, 25 yaşlı forvardın PSJ-nin heyətində hələ Fransa kubokunun final matçında iştirak etmək şansı var. Ancaq o, indidən tətil əhval-ruhiyyəsində görünür.
Keçən həftə sonu Kilian Kanndakı "Majestic Hotel"də komada yoldaşı Usman Dembele ilə birlikdə görüntülənib. Mbappenin ətrafında bahalı içkilər və qızlar olub. Ancaq əyləncə masasının ətrafında rəqs edən xanımlardan biri onu özünə aşiq edib.
Bununla bağlı sosial şəbəkələrdə video yayımlanıb. Görüntülərdə Mbappenin qızı görərkən necə reaksiya verməsi də öz əksini tapıb
Fransalı futbolçunun heyrətləndirici baxışına səbəb olan qızın kimliyi qısa zamanda məlum olub. Onun adı Leadır. O, qısa zamanda məşhurlaşıb.
Onun bu video yayımlana qədər "İnstaqram"da 10 mindən bir qədər çox izləyicisi var idisə, indi onların sayı 75 000-ə yüksəlib və artmaqda davam edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun