İdman

22 ildən sonra...

10 May 2024 09:35
Baxış: 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya avrokubokların finalında iki komanda ilə təmsil olunacaq.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Çempionlar Liqasının həlledici görüşünə vəsiqə qazanan Dortmund "Borussiya"sının ardınca "Bayer" Avropa Liqasında eyni uğura imza atıb.

Bununla da Almaniya son 22 ildə ilk dəfə finalda iki komanda ilə təmsil olunacaq. Belə hadisə sonuncu dəfə 2001/02 mövsümündə qeydə alınıb.

Maraqlıdır ki, 22 il əvvəl də finalda "Bayer"lə "Borussiya" olub. Həmin vaxt leverkuzenlilər Çempionlar Liqasının, Dortmund təmsilçisi UEFA kubokunun həlledici matçında iştirak edib. O zaman Bundesliqa klublarının ikisi də uduzub.

Qeyd edək ki, ümumilikdə 6-cı dəfə Almaniya klubları həm Çempionlar Liqası, həm Avropa Liqasında final oynayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.