İtaliyanın "Roma" klubunun sabiq baş məşqçisi Jose Mourinyo karyerasının ən önəmli matçı barədə danışıb.
Milli.Az report-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Çempionlar Liqasının 2003/2004 mövsümünün karyerasında dönüş nöqtəsi olduğunu bildirib.
"Portu"nun baş məşqçisi kimi 1/8 finalda "Mançester Yunyated"lə qarşılaşan J.Mourinyo həmin matçda "ulduzunun parladığını" söyləyib. Portuqaliya təmsilçisi həmin mövsüm qitənin ən nüfuzlu klub turnirinin qalibi olub.
Qeyd edək ki, 61 yaşlı mütəxəssis karyerası ərzində "Tottenhem", "Mançester Yunayted", "Çelsi", "Real", "İnter", "Portu", "Leyriya" və "Benfika" kollektivlərini çalışdırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun