İdman

Azərbaycan çempionu: “Həyatın məni apardığı həmin nöqtəyə gedəcəyəm”

23 Aprel 2024 09:53
Baxış: 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Matç çox həyəcanlı keçdi".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Azərreyl"in voleybolçusu Qonsales Pedro klubunun mətbuat xidmətinə deyib.

O, Azərbaycan çempionatının finalında "Murov Az Terminal"a 3:2 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib. 23 yaşlı kubalı blokçunun sözlərinə görə, ikinci və üçüncü setlərdə çətin vəziyyətə düşüblər: "Amma biz bu 8 ayda həmişə sonadək mübarizə aparmışıq. Bugünkü oyunun nə dərəcədə əhəmiyyətli olduğunu çox gözəl başa düşürdük. Sevindirici haldır ki, qarşılaşmanı yüksək notlarda tamamladıq".

O, gələcək karyerası ilə bağlı da hələlik qərar vermədiyini də vurğulayıb: "Bunu həyat göstərəcək. Hər zaman çalışmışam ki, hansı çempionatda oynamağımdan aslı olmayaraq ən yaxşı oyunumu göstərim. İndi də hazırkı fiziki formamın necə olduğunu və özümü harada görmək istədiyimi dəyərləndirdikdən sonra həyatın məni apardığı həmin nöqtəyə gedəcəm".

Qeyd edək ki, "Azərreyl" ilk dəfə qızıl medal qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.