İdman

Qurban Qurbanov Roberto de Dzerbini keçdi

16 Aprel 2024 18:07
Baxış: 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısı açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, planetin 500 ən güclü mütəxəssisi sırasında yer alan yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovun mövqeyi dəyişib.

"Qarabağ"ın baş məşqçisi dünya reytinqində 138-ci yerə yüksəlib. 1670 xala malik 52 yaşlı mütəxəssis tanınmış məşqçi Roberto de Dzerbini keçib. "Brayton"un italiyalı çalışdırıcısı 138-ci pillədən 143-cü yerə düşüb.

"Neftçi"nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. O, ötən siyahıdakı mövqeyini qoruyub.

Qeyd edək ki, cədvələ 2228 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.