İdman

Azərbaycanın üç basketbolçusu “Top-20”də - dünya reytinqi

15 Aprel 2024 17:06
Baxış: 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honkonqda keçirilən basketbolun 3x3 növü üzrə qadınların Olimpiya Təsnifat Turnirindən sonra FİBA-nın reytinq cədvəlləri açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yarışda çempionluq yaşamaqla Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Azərbaycan millisinin uğuru təmsilçilərimizin mövqeyində də əksini tapıb.

Basketbolçuların fərdi reytinqində Honkonqda iştirak etməyən Brianna Frezer dünyanın 4-cü ən yaxşısıdır - 199,939. Aleksandra Mollenhauer da "Top-10"da yer alıb. O, 163,227 xalla 9-cudur. 140,426 xala malik Dina Ulyanova dünyanın 16-cı basketbolçusu sayılır.

Qadınlardan ibarət Azərbaycan millisi komandaların reytinqində 12-ci pillədə qərarlaşıb. Brianna, Dina və Aleksandradan ibarət "üçlük" Avropa yığmaları arasında 5-cidir.

Qadınların federasiya reytinqində Azərbaycan 12-cidir. Bu, Avropada 8-ci göstəricidir - 622,327 xal.

Qeyd edək ki, basketbol yığmamız komanda idman növləri tarixində ilk dəfə Olimpiya Oyunlarında iştirak hüququ qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.