İdman

“Bayer” – “Qarabağ” oyununun hakimləri açıqlandı

12 Mart 2024 13:47
Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Bayer" - "Qarabağ" matçının hakimləri bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, martın 14-də keçiriləcək görüşü ingiltərəli Entoni Teylor idarə edəcək.

Ona həmyerliləri Qari Besvik və Adam Nunn kömək edəcəklər. Leverkuzendəki görüşün dördüncü hakimi Endryu Medli olacaq.

Qarşılaşmada Stüart Atvel VAR, Carred Qavan Gillet (Avstriya) AVAR funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "BayArena"da baş tutacaq "Bayer" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.