İdman

Qurban Qurbanov dünya reytinqində Luçeskunu keçdi

11 Mart 2024 16:50
Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində irəliləyib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 52 yaşlı mütəxəssis dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında 138-cidir.

O, ötən cədvəllə müqayisədə 1 addımlıq irəliləyişə nail olub. Son 4 ilin nəticələrinə əsasən, tərtib olunan cədvəldə Qurbanovun 1670 xalı var.

"Qarabağ"ın çalışdırıcısı hesabat dövründə Razvan Luçeskunu keçib. O, planetin 500 ən güclü mütəxəssisinin yer aldığı cədvəldə yeganə azərbaycanlıdır.

"Neftçi"nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. "Qarabağ"ın Avropa Liqasının 1/8 finalındakı rəqibi "Bayer"i çalışdıran Xabi Alonso 164-cü pillədə qərarlaşıb - 1644 xal.

Qeyd edək ki, cədvələ 2223 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.