İdman

"Qarabağ" "Bayer"i keçsə, bu qədər qazanacaq - MƏBLƏĞ

7 Mart 2024 10:19
Baxış: 1 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, "Qarabağ" bu gün UEFA Avropa Liqası çərçivəsində Almaniyanın "Bayer" klubunu qəbul edəcək.

Referans.az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" Almaniyanın "Bayer" komandasına qalib gələcəyi təqdirdə 1 milyon 200 min avro (2 milyon 194 min 800 manat) qazanacaq. "Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində bu gün "Bayer"lə qarşılaşacaq. Komandalar bu mərhələdə üz-üzə gələcəklər və bu mərhələnin qalib komandası 1 milyon 200 min avro (2 milyon 194 min 800 manat) qazanacaq.

Xatırladaq ki, bu məbləğ iki oyunun nəticəsinə əsasən hesablanır, Ağdam təmsilçisi məğlub olacağı təqdirdə bu məbləği əldə edə bilməyəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək. Görüşün baş hakimi fransalı Benua Bastyendir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.