İdman

Xanım idmançı ölümdən döndü - FOTO

1 Mart 2024 20:55
Baxış: 1 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ryazan vilayətinin Bodibildinq Federasiyasının prezidenti, eləcə də bu idman növü üzrə dünya, Avropa və Rusiyanın mütləq çempionu Olqa Boqrunova ağır yaralanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, üz, boyun və qol nahiyəsində yanıq xəsarətləri aldığı üçün reanimasiyaya yerləşdirilib.

Bu, Borqunovanın səhlənkarlığı ucbatından baş verib. 41 yaşlı qadın idmançı siqaret çəkərkən, güclü küləyin təsiri ilə köz qadının saçlarına tökülüv və alışaraq yayılıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Olqa Sklifosovski Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Qeyd edək ki, faciə baş verən zaman idmançı avtomobil idarə edirmiş.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.