İdman

Georgi Adamiya: “Qarabağ” qanının son damlasına kimi döyüşəcək, özüm də gələcəm”

1 Mart 2024 13:40
Baxış: 7 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əla emosiyalar idi. "Braqa"ya qarşı 10 nəfərlə oynayıb, 0:2 hesabı ilə geriyə düşdükdən sonra vacib qolu vurmaq unudulmaz hisslərdir".

Milli.Az xəbər verir ki, bunu İdman.Biz-ə "Qarabağ"ın sabiq futbolçusu Georgi Adamiya deyib.

Gürcüstanlı veteran hücumçu Azərbaycan çempionunun Avropa Liqasında uğurlu çıxış etdiyini bildirib. "Braqa" üzərində inamlı qələbəni xüsusi qeyd edən Adamiya 1/8 finalda sabiq komandasının işinin asan olmayacağını vurğulayıb: "Bayer" nəinki cütün, yarışın əsas favoritidir. Onların çox yaxşı heyəti var və bunu qrup mərhələsində də, Bundesliqada da görürük. Amma bu, futboldur. Hər şey ola bilər. Ağdamlıların bu matçlarda böyük hesabla məğlub olacağını düşünmürəm. Məncə, "Qarabağ" qanının son damlasına kimi döyüşəcək".

42 yaşlı mütəxəssis bütün qəlbilə "Qarabağ"a dəstək olduğunu da deyib: "Əgər alınsa, bu oyunu izləmək üçün Bakıya gələcəm. Onlara uğurlar arzu edirəm. Ümid edirəm ki, yenə mərhələ adlayarlar".

Qeyd edək ki, "Qarabağ" martın 7-də "Bayer"i Bakıda qəbul edəcək. Cavab qarşılaşması 1 həftə sonra Almaniyada baş tutacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.