İdman

“Braqa” prezidenti komandanın qarşısına bu tələbi qoydu

17 Fevral 2024 13:44
Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya təmsilçisi "Braqa"nın prezidenti Antonio Salvador Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la oyunundakı məğlubiyyətdən sonra futbolçulara sərt söhbət edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, klub rəhbəri ciddi narazılığı üzündən görüşdən dərhal sonra soyunub-geyinmə otağına yollanıb.

O, əsəbi halda futbolçuların qarşısına tələblər qoyub. Salvador onlardan özünəinam, klub dəyərlərinə hörmət və uğursuz oyunlara son qoymağı istəyib.

Klubun prezidenti "Farense" ilə çempionat matçı və "Qarabağ"la Bakıdakı görüşlərdə yaxşı nəticə qazanmalı olduqlarını bildirib. Salvadorun soyunub-geyinmə otağına gözlənilməz gəlişi baş məşqçi Artur Jorjenin oyunsonrası mətbuat konfransına gecikməsinə səbəb olub.

Qeyd edək ki, "Qarabağ" Portuqaliyada 4:2 hesablı qələbə qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.