İdman

Qadın idmançı bu yola əl atır: Dolanmaq və yarışlar üçün

25 Yanvar 2024 07:57
Baxış: 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

24 yaşlı isveçli xizəkçi Ella Olsson maraqlı açıqlama verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, qadın idmançı peşəkar karyerasını davam etdirmək, özünü dolandırmaq üçün ev təmizlədiyini və kredit götürdüyünü bildirib.

"Kalle Halfvarsson bir dəfə ərzaq mağazasında kassada oturaraq daha çox pul qazanacağını söyləyib. Mənim vəziyyətimdə bu, tam olaraq belədir. Bəzən düşünürəm ki, ümumiyyətlə, karyeramı davam etdirməliyəmmi? Xizək yarışında nəticə əldə etməyəndə tamamilə məğlub olursunuz və dözülməz olur. Əgər 7 saat işləyirsinizsə və gündə dörd saat məşq edirsinizsə, demək olar ki, enerjiniz qalmır. Arzum hər zaman xizək sürə bilməkdir. Xizəkdə elitanın dolanışığı yaxşı olur. Lakin nisəbətən zəif çıxış edənlər böhran içərisindədir. İdmanımızın durumu məni narahat edir. Bizim həll etməli olduğumuz bir çox problem var. Maliyyə məsələsi, şübhəsiz ki, bu problemlərdən biridir", - deyə Olsson "Expressen" nəşrinə açıqlamasında deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.