"Mançester Yunayted" səs-küylü transferə hazırlaşır.
MilliAz metbuat.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted" "Real Madrid"in futbolçusu Vinisius Junioru transfer etmək üçün təklif irəli sürüb. Bildirilir ki, "Real" Kilian Mbappeni transfer edə bilmək üçün Juniorun transferinə razılıq verə bilər. Xəbərdə deyilir ki, Kilian Mbappe "Real"a transfer olarsa onun illik məvacibi 35 milyon avro olacaq. İspaniyanın "Sport" qəzetinin məlumatına görə, ingilis milyarder Ser Jim Ratcliffe-nin "İNEOS" qrupu tərəfindən dəstəklənən "Mançester Yunayted" Vinisius Junior üçün "Real"a 152 milyon avro təklif edib. Məlumatda həmçinin Vinisiusun "Real"dan getməsinə təsir edə biləcək potensial problemlərə diqqət çəkilib.
Sol cinahdakı rəqabət də bu problemlərdən biridir. Vinisiusun zədə səbəbindən cari mövsümün çox hissəsində sıradan çıxmasına baxmayaraq "Real" onsuz da uğurlu oyun sərgiləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun