İdman

Ronaldu FİFA-nın səsverməsində iştirakdan imtina edib

16 Yanvar 2024 06:26
Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əl-Nasr"ın hücumçusu Kriştianu Ronaldu Beynəlxalq Futbol Federasiyasının ilin ən yaxşı oyunçusunun seçilməsi üçün keçirdiyi səsvermədə iştirakdan imtina edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, müvafiq məlumat federasiyanın saytında yer alıb.

Ronaldu sorğuda Portuqaliya millisinin kapitanı kimi iştirak etməli idi, lakin onun əvəzinə bunu Pepe edib.

"Portu"nun futbolçusu birinci yeri Bernard Silva, ikinci yeri Erlinq Haaland, üçüncü yeri Viktor Osimhenə verib.

Maraqlıdır ki, o, sonda qalib gələn oyunçunu - Argentina millisinin və Amerikanın "İnter Mayami"sinin hücumçusu Lionel Messini seçməyib.

Qeyd edək ki, FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi "The Best" mükafatının sahibləri müəyyənləşib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.