İdman

Qvardioladan Haaland açıqlaması

13 Yanvar 2024 15:07
Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola zədəli hücumçusu Erlinq Haaland barədə danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, mütəxəssis forvardın bu ayın sonunda oynamağa hazır olacağını bildirib:

"Belə zədələrin sağalması vaxt alır. O, ayın sonuna qədər hazır olacaq. Lakin bərpa ilkin planlaşdırıldığından bir az daha uzun çəkdi".

Qeyd edək ki, 23 yaşlı futbolçu dekabrın 6-da "Aston Villa" ilə matçda (0:1) ayağından zədə alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.