İdman

Ulduz futbolçu “Fənərbağça”da!

9 Yanvar 2024 19:48
Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Fənərbağça" klubu İtaliya millisinin və Almaniyanın "Union" komandasının futbolçusu Leonardo Bonuççi ilə anlaşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 37 yaşlı müdafiəçi ilə 6 aylıq müqavilə imzalanacaq.

Təcrübəli oyunçunun yaxın günlərdə İstanbula gələrək yeni klubu ilə münasibətlərini rəsmiləşdirəcəyi bildirilib.

Qeyd edək ki, Leonardo Bonuççi karyerası ərzində "İnter", "Yuventus" və "Milan" kimi İtaliya nəhənglərinin formasını geyinib. O, ötən ilin yayında "Union" klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.