İdman

Hakimi döyən klub prezidenti qəhrəman kimi qarşılandı - VİDEO

30 Dekabr 2023 18:10
Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ankaragücü" azarkeşləri hakim Halil Umut Meleri yumruqla vuran klubun keçmiş prezidenti Faruk Kocanı atəşfəşanlıqla qarşılayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, azadlığa buraxılan klub rəhbərinin bu cür qarşılanması birmənalı qarşılanmayıb. 

Qeyd edək ki, daha əvvəl Türkiyə Superliqasında mübarizə aparan "Ankaragücü"nün prezidenti Faruk Koca "Rizespor"a qarşı keçirdikləri matçdakı idarəçilikdən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Daha sonra F.Koca həbs olunmuşdu. Həmçinin o, dekabrın 15-də Türkiyə Futbol Federasiyası tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. "Ankaragücü" isə 2 milyon türk lirəsi məbləğində cərimələnib. Bundan başqa, komandanın növbəti 5 ev oyunu azarkeşlər və klub rəsmiləri olmadan keçirməsinə qərar verilib. 

2 gün əvvəl Növbətçi Ankara Qərb Ağır Cəza Məhkəməsi F.Kocanın məhkəmə nəzarəti altında azadlığa buraxılmasına qərar verib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.