İdman

"Barselona" 16 yaşlı "Messinyo"nu alır

30 Dekabr 2023 10:24
Baxış: 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın "Palmeyras" klubunun 16 yaşlı sağ cinah oyunçusu "Messinyo" ləqəbli Estevao Villian bir sıra Avropa klublarının transfer maraq obyektinə çevrilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, gənc braziliyalı ilə "Barselona", PSJ, "Mançester Yunayted", "Mançester Siti" və "Çelsi" maraqlanır. Futbolçu özü isə kataloniyalılara keçməyə meyllidir. Lakin, 60 milyon avroluq sərbəst qalma müddəasını ödəməyə hazır olmayan "blauqrana"nın maddi vəziyyətinin maneəyə çevrilə biləcəyi bildirilir. Eyni zamanda, Estevao Villian 2025-ci ilin aprelində 18 yaşı tamam olana qədər Avropaya köçə bilməz.

Keçən 2023-cü il mövsümündə 16 yaşlı futbolçu Braziliya A Seriyasında 12-ci dəqiqədə əvəzedici kimi meydana çıxaraq debüt edib. "Palmeyras"ın gənclər komandası üçün Estevao Villian bütün yarışlarda 12 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Daha əvvəl Londonun "Çelsi" klubunun futbolçunun transferini reallaşdıra biləcəyi barədə məlumatlar yayılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.