Rusiyanın Kazan şəhərinin "Rubin" komandası ağdamlıların qapıçısı Andrey Lunyevlə maraqlanır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə mətbuatda yayılan məlumatlara "Qarabağ"ının baş direktoru Asif Əsgərov münasibət bildirib.
"Rubin" Lunyevlə bağlı bizimlə əlaqə saxlamayıb. Andrey bizim qapıçımızdır. Biz onu buraxmağı planlaşdırmırıq", - deyə funksioner "Sport Ekspress"ə bildirib .
Bu mövsüm 32 yaşlı Andrey "Qarabağ"ın heyətində 15 oyun keçirib və 14 qol buraxıb. Transfermarkt portalı qapıçının dəyərini 1 milyon avro qiymətləndirir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun