İdman

"Şeytana lənət, əsəbimə sahiblik edə bilmədim..." - Ruslan hakimi "topa tutdu"

26 Dekabr 2023 22:10
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci Liqanın 12-ci turunda "Karvan"  "Zaqatala"nı qəbul edib. Görüş Yevlax təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matçın sonlarına yaxın yaşanan dava-dalaşla bağlı "Karvan"ın insidentdə yaxından iştirak edən hücumçusu Ruslan Voronsovun fikirlərini öyrəndik.

Milli.Az xəbər verir ki, Voronsovun fanat.az-a açıqlaması belə olub: 

"Şeytana lənət, əsəbimə sahiblik edə bilmədim və gedib oyunçunu itələdim. Buna görə də "qırmızı" aldım. Bu hadisədən əvvəl də hakimlər evimizi yıxdılar. Təmiz qolumuzu qeydə almadılar. Bütün hər şeyi hakimlər etdilər. Bir hadisə oldu və mənə deyir ki, görmədim. Görməyəcəksənsə, niyə bu peşəni seçmisən?".

Qeyd edək ki, 90-ci dəqiqədə Ruslan rəqibə qarşı yolverilməz hərəkətə görə qırmızı vərəqə ilə cəzalanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.