İdman

"Milan" onu La Liqadan geri qaytarır

27 Dekabr 2023 04:50
Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiəçi Matteo Qabbiya icarə əsasında oynadığı İspaniya "Vilyarreal"ını erkən tərk edəcək. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə insayder Matteo Moretto sosial şəbəkə hesabında paylaşım edib. 

Mənbənin məlumatına görə, La Liqa təmsilçisi futbolçunu yenidən "Milan"a buraxmağa hazırdır. Tərəflər icarə müqaviləsinin pozulması məsələsini razılaşdırmağa çalışırlar. "Rossonerilər" bir neçə müdafiəçinin zədəsi səbəbindən Qabbiyanı geri qaytarmaq qərarına gəlib. 

24 yaşlı müdafiəçi bu mövsüm İspaniya çempionatında 7 oyun keçirib və iki sarı vərəqə alıb. 

İtaliya çempionatının 17 turundan sonra "Milan" 33 xal toplayıb və turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.