İdman

"Neftçi"nin yeni baş məşqçisi: "Burada hansı hədəflərin olduğunu bilirəm"

24 Dekabr 2023 19:33
Baxış: 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" Azərbaycanın ən yaxşı və böyük tarixə malik olan klubudur. Futbolda işləmək asan deyil. Burada hansı hədəflərin olduğunu bilirəm".

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin yeni baş məşqçisi Miodroq Bojoviç mətbuat konfransında deyib.

Monteneqrolu mütəxəssis qarşıya qoyulan məqsədin çempionatı minimum ikinci bitirmək və kuboku qazanmaq olduğunu bildirib: "Buna nail olmaq üçün yaxşı futbol oynamaq lazımdır. Mən komandaya hələ yeni gəlmişəm. Təbii ki, hər transfer dönəmində komanda güclənməlidir. Yəqin ki, danışıqlar olacaq. Amma bunu rəhbərliklə və idman direktoru ilə danışacağıq. Bu barədə hələ heç nə deyə bilməyəcəyəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.