İdman

“Neftçi” rəhbərliyindən İSTEFA XƏBƏRİ gəldi

22 Dekabr 2023 16:40
Baxış: 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi" rəhbərliyində növbəti ayrılıq rəsmiləşdi.

Milli.Az sportinfo-ya istinadən xəbər verir ki, kommersiya üzrə direktor Rüstəm Allahverdiyev vəzifəsini tərk edib.

2018-ci ildən paytaxt klubunda çalışan təcrübəli funksioner öz istəyi ilə iş yerindən gedib. Onun bundan sonra başqa sahədə fəaliyyət göstərəcəyi bildirilir.

Allahverdiyev uzun illər futbol sektorunda çalışıb. 2011-2015-ci illər aralığında "Simurq"un mətbuat katibi olub.

Üç il sonra "Neftçi"yə gəlib və bu ilin sentyabrınadək Media-Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi işləyib. Tanınmış və bacarıqlı kadr klubda aparılan struktur islahatları ilə əlaqədar 3 ay öncə vəzifəsini dəyişib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.