İdman

"Barselona"da Qavini onlardan biri əvəzləyə bilər

21 Dekabr 2023 08:15
Baxış: 503
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" zədəli futbolçusu Qavinin yerinə iki oyunçunu nəzərdən keçirir .

Milli.Az qol.az-a istinadən "Barça Universal"a isitnadən xəbər verir ki, Kataloniya təmsilçisi mövsümün qalan hissəsi üçün Qavinin yerinə futbolçu axtarır.

Komandanın baş məşqçisi Xavinin özü isə başqa yarımmüdafiəçiyə ehtiyacı olduğunu bildirib. Məhz buna görə də klubun qısa siyahısına iki təcrübəli oyunçu daxildir: "Yuventus"un yarımmüdafiəçisi Adrien Rabiot və "Əl Ərəbi"nin futbolçusu Marko Verrati.

Xatırladaq ki,  Qavi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milliləri arasında keçirilən matçda (3:1) dizin çarpaz bağlarını zədələyib. Bu mövsüm o, klubun heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.