"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 17-ci turunda bu gün "Səbail"ə uduzduqları oyundan (0:3) sonra mətbuat konfransına qatılmayıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, jurnalistlər qarşısına onun köməkçisi Xaqani Məmmədov çıxıb.
O, Elmar Baxşıyevin mətbuat konfransına qatılmamasının istefa vermək istəməsi ilə əlaqədar olmadığını söyləyib:
"Xeyr, Elmar müəllim istefa verməyib. Özünü narahat hiss etdiyi üçün mətbuat konfransına mən qatıldım".
Qeyd edək ki, son dövlər uğursuz çıxışları ilə yadaa qalan "Qəbələ" hazırda 11 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsində qərarlaşıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun