"Qəbələ"nin baş məşqçisi mətbuat konfransına niyə qatılmadı? - SƏBƏB

15 Dekabr 2023 22:51

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 17-ci turunda bu gün "Səbail"ə uduzduqları oyundan (0:3) sonra mətbuat konfransına qatılmayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, jurnalistlər qarşısına onun köməkçisi Xaqani Məmmədov çıxıb.

O, Elmar Baxşıyevin mətbuat konfransına qatılmamasının istefa vermək istəməsi ilə əlaqədar olmadığını söyləyib:

"Xeyr, Elmar müəllim istefa verməyib. Özünü narahat hiss etdiyi üçün mətbuat konfransına mən qatıldım".

Qeyd edək ki, son dövlər uğursuz çıxışları ilə yadaa qalan "Qəbələ" hazırda 11 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsində qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun