İdman

UEFA Azərbaycan çempionatı ilə bağlı "QUMAR" araşdırmasına başladı

8 Dekabr 2023 13:23
Baxış: 1 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AFFA I Liqa ilə əlaqəli araşdırmaya start verib.

Gündəmdəki mövzu eynidir - alver.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, UEFA Azərbaycanda danışılmış oyunların təşkilindən şübhələnir. Avropa futbol qurumundan bununla bağlı AFFA-ya bir neçə serkulyar məktub daxil olub.

Burada I Liqanın geridə qalan 10 turu çərçivəsində keçirlmiş 3-4 qarşılaşmadan danışılır.

UEFA serkulyar məktublarda göstərib ki, həmin matçlara külli miqdarda pul qoyuluşu edilib, özü də dünyanın müxtəlif yerlərindən.

Sözügedən təşkilat AFFA-ya göndərdiyi gizli namədə oyunları "qumar"a qoyulmuş komandalar ətrafında araşdırma aparmağı tapşırıb, üstəlik, özünün də bu işi nəzarətdə saxlayacağını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.