İdman

Azərbaycana məğlubiyyətimiz faciədir

17 Noyabr 2023 15:56
Baxış: 1 100
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan erkən qollarla oyunun taleyini həll etdi".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İsveç yığmasının hücumçusu Viktor Dyekereş deyib.

25 yaşlı forvard AVRO-2024-ün seçmə mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisinə 0:3 hesablı məğlubiyyəti dəyərləndirib. Futbolçu bunu faciə adlandırıb:

"Bu, faciə idi. İndiyə qədər belə şey olmamışdı. Azərbaycan 6 dəqiqədə 2 qol vurdu. Bundan sonra mübarizə aparmaq bizə çətin oldu. Rəqib azlıqda qaldığı zaman da qol şansları yarada bilmədik".

Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan yığmaları 7 xalla müvafiq olaraq 3-4-cü pillələrdə qərarlaşıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.