İdman

Tanınmış futbolçunun işi üzrə istintaq yekunlaşıb

14 Noyabr 2023 22:55
Baxış: 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın Barselona şəhərinin məhkəməsi eyniadlı klubun sabiq futbolçusu Dani Alveşin işi üzrə istintaqı yekunlaşdırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məhkəmə bu gün istintaqın dayandırılması barədə qərar qəbul edib.

Artıq növbəti məhkəmədə tanınmış braziliyalı müdafiəçi barədə hökm oxunacaq. Alveşə müdafiə olunmaq, ittihamçı tərəfə isə çıxış üçün 5 gün vaxt verilib.

Qeyd edək ki, yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılan Dani Alveşi 10 ilə qədər həbs gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.