İdman

Ardanı bu səbəbdən meydana buraxmadı

9 Noyabr 2023 15:19
Baxış: 848
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gecə "Real"ın 3:0 hesabı ilə məğlub etdiyi "Braqa" ilə oyunda Arda Gülərin debütü gözlənilsə də, bu baş tutmayıb.  

Milli.Az offsideplus.az-a istinadən bildirir ki, oyundan sonra baş tutan mətbuat konfransında Karlo Ançelotti türkiyəli yarımmüdafiəçi ilə bağlı ünvanlanan sualları cavablandırıb. İtaliyalı mütəxəssis Ardanın zədədən yeni qayıtdığı üçün onunla ehtiyatlı davrandıqlarını, bu səbəbdən debütünün gecikdiyini bildirib:

"Arda Gülər?  Onunla ehtiyatlı davranırıq. Gəncdir. Ciddi zədədən sonra cəmi 4 məşq keçirib. 100% hazır olanda oynayacaq". 

Qeyd edək ki, Arda bu yay "Fənərbağça"dan "Real"a transfer olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.