Ötən gecə "Real"ın 3:0 hesabı ilə məğlub etdiyi "Braqa" ilə oyunda Arda Gülərin debütü gözlənilsə də, bu baş tutmayıb.
Milli.Az offsideplus.az-a istinadən bildirir ki, oyundan sonra baş tutan mətbuat konfransında Karlo Ançelotti türkiyəli yarımmüdafiəçi ilə bağlı ünvanlanan sualları cavablandırıb. İtaliyalı mütəxəssis Ardanın zədədən yeni qayıtdığı üçün onunla ehtiyatlı davrandıqlarını, bu səbəbdən debütünün gecikdiyini bildirib:
"Arda Gülər? Onunla ehtiyatlı davranırıq. Gəncdir. Ciddi zədədən sonra cəmi 4 məşq keçirib. 100% hazır olanda oynayacaq".
Qeyd edək ki, Arda bu yay "Fənərbağça"dan "Real"a transfer olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun