Çempionlar Liqasında "Milan" öz meydanında "Paris Sen-Jermen"i 2:1 hesabı ilə məğlub edib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, matç zamanı italyan azarkeşlərin keçmiş qapıçıları Donnarumma üçün reaksiyaları dünyanın hər yerində manşetə çevrilib. Azarkeşlər qapıcının PSJ-yə transferi üçün pulu üstün tutduğunu iddia edərək, ona saxta pul atıblar.
Saxta pulun üzərində "Dollarumma" yazılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun