İdman

"Qarabağ"a şok məğlubiyyət

30 Oktyabr 2023 21:18
Baxış: 1 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, sonuncu qarşılaşmada "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. 75-ci dəqiqədə Orxan Əliyev penaltini dəqiq yerinə yetirib. 90+2-ci dəqiqədə Elvis Maşike fərqi iki topa çatdırıb.

"Köhlən-atlar"ın heyətində Olavio Juninyo 90+7-ci dəqiqədə təsəlli qoluna imza ata bilib.

Bu nəticədən sonra xallarının 20-yə çatdıran "Araz-Naxçıvan" ikinci sıradakı "Qarabağ"a çatıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" "Səbail"lə (2:2), "Sumqayıt" "Qəbələ" ilə (0:0) bərabərə qalıb, "Turan Tovuz" "Kəpəz"ə (4:0), "Sabah" isə "Neftçi"yə (1:0) qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.