İdman

Ronaldu MMA ulduzuna bahalı hədiyyə verdi - FOTO

24 Oktyabr 2023 09:21
Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarışıq döyüş növlərinin ulduzu, keçmiş UFC çempionu Frensis Nqannou Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldudan bahalı hədiyyə alıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə Nqannou sosial şəbəkə hesabında paylaşım edib.

38 yaşlı futbolçu britaniyalı boksçu Tayson Fyuri ilə döyüşə hazırlaşan dostuna saat hədiyyə edib. "Ronaldonun ürəyi" saatı 110 min funt sterlinq dəyərində qiymətləndirilir.

Xatırladaq ki, Nqannou oktyabrın 28-də Səudiyyə Ərəbistanında dünya çempionu Fyuri ilə boks qaydalarına uyğun döyüşəcək.

Ronaldu bu ilin yanvarından Yaxın Şərqdə çıxış edir. Hücumçunun "Əl-Nəsr"lə müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.