İdman

Badmintonçumuz 2 800 reytinq xalı qazandı

15 Oktyabr 2023 22:35
Baxış: 895
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Niderlandın Hertogenbos şəhərində keçirilən "International challenge" kateqoriyalı "YONEX Dutch Open 2023" turnirində 2 800 reytinq xalı qazanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, o, kişi badmintonçuların şəxsi yarışında yarımfinala qədər irəliləməyi bacarıb.

Mübarizəyə əsas mərhələdən başlayan Edi Reski Dviçayo ardıcıl olaraq İsveçrə təmsilçisi Tobias Kuenzi (21:12, 21:13), Niderland badmintonçuları Dennis Kopen (21:15, 21:17) və Joran Kveekeni (21:16, 21:10) 2:0 hesabı ilə məğlub edib.

İdmançımız finalın bir addımlığında yarışın qalibi olan danimarkalı Viktor Svendsenə uduzub - 0:2 (17:21,13:21).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.