İdman

250 min dollar maaş alan cangüdənin bu hərəkəti bəyənildi - VİDEO

10 Oktyabr 2023 07:45
Baxış: 2 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Lionel Messinin cangüdəni Yasi Çeuko növbəti dəfə gündəmə gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, oyun və məşq zamanı heç kimi Leoya yaxın buraxmasa da, bu dəfə fərqli hadisə yaşanıb.

Belə ki, azyaşlı fanatlardan biri Mayami təmsilçisinin son oyunu bitdikdən sonra Messiylə şəkil çəkdirmək üçün meydana daxil olub. Yasin əvvəlcə həmin fanatın qarşısını kəsib. Sonra isə onu ulduz futbolçunun yanına gətirərək şəkil çəkdirməsinə və avtoqraf almasına şərait yaradıb.

Cangüdənin bu davranışı sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.

Sözügedən görüntüləri təqdim edirik:

Qeyd edək ki, superulduzun cangüdəni hər il 250 min dollar maaş alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.