İdman

Tarixi uğur - Təmsilçimiz Avropa Kubokunun qalibi oldu

8 Oktyabr 2023 21:06
Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Murov Az Terminal" çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun (Beach Volley European Cup) qalibi olub.

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi finalda Türkiyənin "TVF Spor Lisesi SK Ankara" klubunu məğlub edib.

Komandalar arasında keçirilən iki oyundan birində ev sahibləri, ikincisində isə "Murov Az Terminal" qələbə qazanıb. Yarışın qalibi isə qızıl setdə müəyyənləşib.

Rəqibini 15:10 hesabı ilə üstələyən Azərbaycan komandası Avropa Kubokunun sahibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.