İdman

Bellinqem Ronaldonun rekordunu qırdı

8 Oktyabr 2023 11:49
Baxış: 1 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqhem  Kriştiano Ronaldonun rekordunu qırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, La Liqanın 9-cu turunun "Osasuna"ya qarşı oyununda (4:0) dubla imza ataraq buna nail olub. 

20 yaşlı oyunçu bu mövsüm "Real"ın heyətində bütün yarışlarda meydana çıxdığı 10 oyunda 10 qol vurub və 3 qolu ötürməsini verib. Bu, Kriştiano Ronaldonun "kral klubu"nda ilk 10 oyununda əldə etdiyindən çoxdur - 10+1. Beləliklə, Bellinqem bu göstəricidə portuqaliyalı hücumçunu üstələyib.

Xatırladaq ki, Bellinqem bu yay Dortmund "Borussiya"sından "Real"a 103 milyon avroya keçib. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.